Bəqərə Suresi, 286. Ayet: Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan,...
Hud Suresi, 1. Ayet: Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, h...
Nisa Suresi, 92. Ayet: Heç bir mömin, xəta istisna olmaqla, başqa bir mömini öldürməməlidir. Hər kim səhvən bir mömini öldürərsə, bir mömin qulu azad etməli və onun ailəsinə veriləsi qan bahasını, əgər ailə sədəqə edib (bağışlanmasa), verməlidir. Əgər o [öldürülən], sizə düşmən bir camaatdandırsa, və o, mömindirsə, onda bir mömin qul azad edilməlidir. Əgər o sizinlə özü arasında sazişi olan camaatdandırsa, onda ailəsinə qanbahası verilməsi və bir mömin kölənin azad olunması lazımdır. Kim (buna imkan) tapmasa, Allaha t...