Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 231. Ayet:
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti
xatırlayın!
Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir....
Maidə Suresi, 7. Ayet:
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi
xatırlayın!
Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)...
Maidə Suresi, 11. Ayet:
Ey iman gətirənlər, Allahın sizə olan nemətini
xatırlayın!
O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər....
Maidə Suresi, 20. Ayet:
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini
xatırlayın!
Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi....
İbrahim Suresi, 6. Ayet:
O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini
xatırlayın!
Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”....
Fatir Suresi, 3. Ayet:
Ey insanlar, Allahın sizə verdiyi neməti
xatırlayın!
Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?...
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini
xatırlayın!
Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə ...
Əhzab Suresi, 34. Ayet:
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (sünnəni)
xatırlayın!
Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır....
Əraf Suresi, 74. Ayet:
"
Xatırlayın!
O, Ad qövmündən sonra sizi xəlifələr etdi və sizi yer üzündə yerləşdirdi. Siz onun düzündə imarətlər tikirsiniz, dağlarını yonursunuz, evlər tikirsiniz. Allahın nemətlərini düşünün və yer üzündə fitnə-fəsad törətməyin"....
Ənbiya Suresi, 87. Ayet:
Və Zü'n-Nunu
xatırlayın!
Bilirsən, qəzəblə getdi və fikirləşdi ki, onu bəlada qoymayacağıq. Sonra zülmət içində fəryad etdi: "Səndən başqa ibadətə layiq olan məbud yoxdur! Sən Qüdrətlisən. Mən haqsızlıq etdim!" -deyə səsləndi....
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər! Allahın sizə olan nemətlərini
xatırlayın!
Qoşunlar üzərinizə gəldiyi zaman biz onların üstünə külək və sizin görmədiyiniz ordular göndərdik. Allah nə etdiklərinizi görür....
Bəqərə Suresi, 63. Ayet:
(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı
xatırlayın!
(Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik)....
Bəqərə Suresi, 122. Ayet:
Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi
xatırlayın!
...
Bəqərə Suresi, 231. Ayet:
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti
xatırlayın!
Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini an...
Maidə Suresi, 20. Ayet:
Hz. Musa qövmünə belə demişdi: ‘Ey qövmüm! Allahın sizin üzərinizdəki nemətini, içinizdən peyğəmbərlər göndərdiyini və sizi hökmdarlar etdiyini və aləmlərdən heç birinə vermədiyi şeyi sizə verdiyini
xatırlayın!
’...
Əraf Suresi, 86. Ayet:
Təhdid edərək hər yolun (üstündə) oturmayın. Allaha amənu olan kəsləri Allahın yolundan sapdırmayın. Onda (Allahın yolunda) bir əyrilik istəyirsiniz.
Xatırlayın!
Siz az idiniz, sizi çoxaltdı. Və baxın, fəsad çıxaranların sonları necə oldu....
İbrahim Suresi, 6. Ayet:
Musa (ə.s) qövmünə belə demişdi: ‘Allahın üzərinizdəki nemətini
xatırlayın!
Sizi Firon əhlindən qurtarmışdı. Sizə şiddətli əzab verir, oğlanlarınızı öldürür və qadınlarınızı sağ buraxırdılar. Bunlarda Rəbbinizdən böyük bir imtahan vardır.’...