Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəml Suresi, 60. Ayet:
(Şərik qoşduqları
xeyirlidir,)
yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür....
Nəml Suresi, 61. Ayet:
(Şərik qoşduqları daha
xeyirlidir,)
yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir....
Nəml Suresi, 62. Ayet:
(Şərik qoşduqları daha
xeyirlidir,)
yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!...
Nəml Suresi, 63. Ayet:
(Şərik qoşduqları daha
xeyirlidir,)
yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!...
Nəml Suresi, 64. Ayet:
(Şərik qoşduqları daha
xeyirlidir,)
yoxsa əvvəlcə yaradıb sonra (axirətdə) onu təkrar dirildən və sizə həm göydən, həm də yerdən ruzi verən?! Allahla yanaşı başqa bir ilah varmı?! De: “Əgər doğru söyləyirsinizsə, dəlilinizi gətirin!”...