Maidə Suresi, 18. Ayet: Və yəhudilər, xristianlar, "Biz, Allahın oğullarıyıq və Onun sevimliləriyik" dedilər. De ki: "Madam ki, elədir, nə üçün günahlarınıza görə Allah sizə əzab verir?" Əksinə, siz, Onun əmələ gətirdikləri [arasından] bir bəşərsiniz. O, istədiyi adamı bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkiyyəti, ixtiyarı da Allahındır. Dönüş də yalnız Ona tərəfdır....
Maidə Suresi, 51. Ayet: Ey iman etmiş kəslər! Yəhudiləri və nəsraniləri/xristianları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Onlar bir-birlərinin himayəçi, yol göstərən yaxınlarıdır. Sizdən kim onları himayəçi, nəzarətçi, idarəçi tutsa, artıq şübhəsiz ki, o da onlardandır. Şübhəsiz ki, Allah şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz....