Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 5. Ayet:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və
xristianların
) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır....
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Zuxruf Suresi, 15. Ayet:
Onlar isə Allahın qullarından bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur. (Bu ayədə bəzi yəhudilərin Üzeyri,
xristianların
da İsanı Allahın oğlu hesab etdiklərinə, həmçinin müşriklərin mələkləri Allahın qızları kimi qəbul etdiklərinə işarə edilir.)...
Bürüc Suresi, 5. Ayet:
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı. (Təfsirlərdə, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran
xristianların
ı xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)...
Həcc Suresi, 17. Ayet:
Həqiqətən amənu olan kimsələr ilə yəhudilərin, sabiilərin (ulduzlara tapınanların),
xristianların
, atəşpərəstlərin və şirk qoşanların (bütlərə tapınanların) arasını Allah qiyamət günü mütləq (cənnət və cəhənnəm əhli olaraq) ayıracaq. Şübhəsiz ki, Allah hər şeyə şahiddir....
Bəqərə Suresi, 120. Ayet:
Sən yəhudi və
xristianların
dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır....
Ənkəbut Suresi, 46. Ayet:
Və kitab əhli ilə (yəhudilər və
xristianların
) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq»....