Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 24. Ayet:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 80. Ayet:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola
yönəltməz.
(Münafiqlərin başçısı Abdullah ibn Übeyy ölümcül xəstəliyə tutulduğu zaman oğlu Abdullah Həzrət Peyğəmbərin yanına gələrək atası üçün istiğfar etməsini istəmişdi. Abdullah səmimi bir müsəlman olduğu üçün Həzrət Peyğəmbər onun xətrinə dəyməyərək atasının bağışlanma...
Tövbə Suresi, 109. Ayet:
(Məscidin) binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 51. Ayet:
Ey iman gətirənlər, yəhudi və xristianlarla dostluq etməyin! Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 67. Ayet:
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni (Quranı) təbliğ et! Əgər bunu etməzsən, Onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafir qövmü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 108. Ayet:
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola
yönəltməz.
...
Nəhl Suresi, 37. Ayet:
Onların hidayətə gəlməsini çox arzulasan da, bil ki, Allah (haqq yoldan) azdırdığı kimsələri hidayətə
yönəltməz.
Onlara yardım edənlər də olmaz....
Nəhl Suresi, 104. Ayet:
Allahın ayələrinə inanmayanları, əlbəttə, Allah doğru yola
yönəltməz.
Onlar üçün ağrılı-acılı bir əzab vardır....
Zümər Suresi, 3. Ayet:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola
yönəltməz.
...
Mömin Suresi, 28. Ayet:
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola
yönəltməz.
...
Səff Suresi, 5. Ayet:
Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) peyğəmbəri olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” - demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola
yönəltməz.
...
Səff Suresi, 7. Ayet:
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola
yönəltməz.
...
Qəsəs Suresi, 50. Ayet:
Əgər sənə cavab verməzlərsə, bil ki, onlar ancaq öz nəfslərinin arzularına tabe olurlar. Allah tərəfindən göndərilən bir hidayət rəhbərinə uymayıb öz nəfsinin arzusuna uyan kimsədən daha azğın kim ola bilər?! Allah zalımları doğru yola
yönəltməz.
...
Cümə Suresi, 5. Ayet:
Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola
yönəltməz.
...
Ənam Suresi, 144. Ayet:
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola
yönəltməz.
...
Ali-İmran Suresi, 86. Ayet:
İman gətirdikdən və Peyğəmbərin haqq olduğuna şəhadət verdikdən və onlara açıq-aydın dəlillər gəldikdən sonra kafir olan bir tayfanı Allah necə doğru yola yönəldə bilər? Allah zalım bir qövmü doğru yola
yönəltməz.
...
Nisa Suresi, 168. Ayet:
Şübhəsiz ki, Allah kafirləri və zülm edənləri bağışlamaz. O, onları doğru yola
yönəltməz.
...
Maidə Suresi, 51. Ayet:
Ey iman gətirənlər! Yəhudiləri və xristianları himayəçi tutmayın. Onlar bir-birinin himayədarıdırlar. Sizlərdən kim onları vəkil etsə, şübhəsiz ki, onlardandır. Şübhəsiz ki, Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Maidə Suresi, 67. Ayet:
Ya Rəsul! Rəbbindən sənə nazil olan hər şeyi çatdır. Əgər etməsəniz, siz Onun mesajını çatdırmamısınız. Allah sizi insanlardan qorusun. Şübhəsiz ki, Allah kafirləri doğru yola
yönəltməz.
...
Maidə Suresi, 108. Ayet:
Bu, şəhadətin tam yerinə yetirilməsidir; Əks halda, and içdikdən sonra başqalarının andı ilə onların andlarını pozmasından qorxmaq daha məqsədəuyğundur. Allah rizası üçün təqvalı olun və qulaq asın. Allah günahkarları doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 19. Ayet:
Siz zəvvarlara su paylayırsınız və Məscidül-Həramı yenidən tikirsiniz; Sən onları Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursan? Bunlar Allah qatında eyni deyil. Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 24. Ayet:
De: “Əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız mallar, pis getməsindən qorxduğunuz ticarətiniz və xoşunuza gələn evləriniz sizə Allahdan daha sevimlidirsə. Onun yolunda cihad edin, Allahın hökmünün yerinə yetməsini gözləyin.” Allah fasiq camaatı doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 37. Ayet:
Haram ayların yerlərini dəyişdirmək və onları təxirə salmaq küfrdə daha da irəli getmək deməkdir ki, bununla da kafirlər azdırılır. Onlar bu möhləti bir il halal sayır, ancaq Allahın haram buyurduğu aylara təsadüf etmək üçün gələn il haram hesab edirlər. Beləliklə, onlar Allahın haram etdiyini halal hesab edirlər. Beləliklə, etdikləri pisliklər onlara yaxşı görünürdü. Allah kafir camaatı doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 80. Ayet:
Onlar üçün bağışlanma diləsən də, istəməsən də. Əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamaz. Bu onların Allahı və Rəsulunu inkar etmələrinə görədir. Allah günahkarları doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 109. Ayet:
Kim daha yaxşıdır, təqva ilə və Allah rizası üçün binasını tikən, yoxsa binasını uçurumun kənarında tikib onunla Cəhənnəm oduna düşən şəxs? Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Nəhl Suresi, 37. Ayet:
Onların doğru yola getmələrini nə qədər istəsən də; Allah azğınlıq edənləri doğru yola
yönəltməz.
Onların heç bir köməkçisi də olmaz....
Nəhl Suresi, 104. Ayet:
Allah, Allahın ayələrinə inanmayanları doğru yola
yönəltməz.
Onlar üçün ağrılı-acılı bir əzab vardır....
Nəhl Suresi, 107. Ayet:
Bunun səbəbi dünya həyatını sevmələri və onu axirətdən üstün tutmalarıdır. Allah kafir camaatı doğru yola
yönəltməz.
...
Qəsəs Suresi, 50. Ayet:
Lakin onlar sənə tabe olmasalar, bil ki, onlar öz nəfslərinə tabedirlər. Allahın hidayəti olmadan nəfsinin istəklərinə uyandan daha azğın kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Zümər Suresi, 3. Ayet:
Ehtiyatlı ol! Təmiz din ancaq Allaha məxsusdur. Ondan başqa özünə dost tutanlar dedilər: “Biz onlara ibadət edirik ki, bizi Allaha yaxınlaşdırsınlar”. deyirlər. Onların mübahisə etdikləri şeyləri Allah hökm verəcəkdir. Allah yalançıları və nankorları doğru yola
yönəltməz.
...
Səff Suresi, 5. Ayet:
Bir zaman Musa öz qövmünə demişdi: "Ey qövmüm! Mənim sizə Allah tərəfindən göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə işgəncə verirsiniz?" dedi. Onlar əyri olduqları zaman Allah onların qəlblərini əyri etdi. Allah günahkarları doğru yola
yönəltməz.
...
Cümə Suresi, 5. Ayet:
Tövrata tabe olmaq məcburiyyətində olan, lakin öhdəliyini yerinə yetirməyənlərin vəziyyəti cild-cild kitab daşıyan eşşəklərin vəziyyəti kimidir. Allahın ayələrini inkar edənlərin vəziyyəti necə də dəhşətlidir. Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Onlar üçün bağışlanma diləsən də, istəməsən də fərqi yoxdur. Allah onları heç vaxt bağışlamaz. Çünki Allah bu cür günahkar insanları əsla doğru yola
yönəltməz.
...
Bəqərə Suresi, 258. Ayet:
Allahın verdiyi hakimiy-yətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin( əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə (padşah): “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola
yönəltməz.
...
Bəqərə Suresi, 264. Ayet:
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 19. Ayet:
Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 37. Ayet:
(Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 80. Ayet:
Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna
yönəltməz.
...
Tövbə Suresi, 109. Ayet:
Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 51. Ayet:
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola
yönəltməz.
...
Maidə Suresi, 67. Ayet:
Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola
yönəltməz.
...
Maidə Suresi, 108. Ayet:
Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan (varislər tərəfindən başqa) andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın! Allah günahkar tayfanı doğru yola
yönəltməz.
...
Ali-İmran Suresi, 86. Ayet:
İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola
yönəltməz.
...
Zümər Suresi, 3. Ayet:
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola
yönəltməz.
...
Mömin Suresi, 28. Ayet:
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola
yönəltməz.
...
Səff Suresi, 5. Ayet:
Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə (göndərdiyi )elçisiyəm!” Onlar (doğru yoldan) sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola
yönəltməz.
...
Səff Suresi, 7. Ayet:
İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola
yönəltməz.
...
Qəsəs Suresi, 50. Ayet:
Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola
yönəltməz.
...
Cümə Suresi, 5. Ayet:
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola
yönəltməz.
...
Ənam Suresi, 144. Ayet:
Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 109. Ayet:
Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola
yönəltməz.
...
Qəsəs Suresi, 50. Ayet:
Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola
yönəltməz.
...
Əhqaf Suresi, 10. Ayet:
De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə)
yönəltməz.
...
Səff Suresi, 5. Ayet:
Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də, əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola
yönəltməz.
...
Ali-İmran Suresi, 86. Ayet:
İman etdikdən, Peyğəmbərin haqq olduğuna şahidlik etdikdən və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir topluluğu Allah necə doğru yola yönəltsin? Allah zalımlar qövmünü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 51. Ayet:
Ey inananlar! Yəhudi və xristianları dost tutmayın. Onlar bir-birilərinin dostudurlar. Sizdən kim onları dost tutarsa, şübhəsiz, o da onlardandır. Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 108. Ayet:
Bu (üsul), şahidliyi layiqincə yerinə yetirmələri və andlarından sonra başqa andlara üz tutulacağından qorxmalarını təmin etmək üçün ən münasib çarədir. Allaha qarşı gəlməkdən çəkinin və eşidin. Allah fasiq qövmü doğru yola
yönəltməz.
...
Ənam Suresi, 144. Ayet:
Yenə (erkək və dişi olmaqla) dəvədən iki, inəkdən də iki. De ki: “İki erkəyimi haram buyurdu, yoxsa iki dişinimi? Yoxsa iki dişinin rəhmlərində olan (bala)larımı? Yoxsa Allah sizə bunları haram buyurduğu zaman orada şahid idiniz?!” İnsanları elmsizcə azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kimdir? Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 19. Ayet:
Siz hacılara su paylamağı və Məscidi-Həramın baxımını və təmirini, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edən kimsə (lərin əməlləri) ilə bir tutdunuz? Bunlar Allah qatında eyni olmazlar. Allah zalım qövmü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 37. Ayet:
Haram ayları ertələmək ancaq küfrdə daha da irəli getməkdir ki, bununla inkar edənlər azdırılırlar. Allahın haram buyurduğu ayların sayına uyğun gətirib, beləliklə, Allahın haram buyurduğunu halal etmək üçün haram ayı bir il halal, bir il haram sayırlar. Onların bu çirkin işləri özlərinə gözəl göstərildi. Allah inkarçı qövmü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 80. Ayet:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə (fərqi yoxdur). Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də Allah onları əsla əfv etməyəcək. Bu, onların Allahı və Rəsulunu inkar etmələri səbəbi ilədir. Allah fasiq qövmü doğru yola
yönəltməz.
...
Tövbə Suresi, 109. Ayet:
Binasını təqva (Allaha qarşı gəlməkdən çəkinmək) və Onun razılığını qazanmaq üzərində quran kəs daha xeyirlidir, yoxsa binasını çökmək üzrə olan bir yerin kənarında qurub onunla birlikdə özü də cəhənnəm atəşinə yuvarlanan kəs? Allah zalımlar güruhunu doğru yola
yönəltməz.
...
Nəhl Suresi, 37. Ayet:
Sən onların doğru yola yönəlmələri üçün var gücünlə çalışsan da, Allah sapdırdığı kimsəni doğru yola
yönəltməz.
Onlara yardım edənlər də olmaz....
Nəhl Suresi, 104. Ayet:
Allahın ayələrinə inanmayanları Allah, əlbəttə, doğru yola
yönəltməz.
Onlar üçün ağrılı-acılı bir əzab var....
Qəsəs Suresi, 50. Ayet:
Əgər (bu barədə) sənə cavab verə bilməsələr, bil ki, onlar sadəcə nəfslərinin arzularına uyurlar. Allahdan bir hidayət olmadan öz nəfsinin arzusuna uyandan daha sapqın kim ola bilər? Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola
yönəltməz.
...
Zümər Suresi, 3. Ayet:
Yaxşı bilin ki, xalis din sadəcə Allahındır. Onu buraxıb başqa dostlar tutanlar: “Biz onlara sadəcə bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”, – deyirlər. Şübhəsiz, Allah ixtilafa düşdükləri şeylər barəsində aralarında hökm verəcək. Şübhəsiz, Allah yalançı və nankor olanları doğru yola
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Onlara bağışlanma diləsən də, diləməsən də onlar üçün birdir. Allah onları əsla bağışlamayacaq. Çünki Allah fasiqlər qövmünü doğru yola
yönəltməz.
...
Maidə Suresi, 67. Ayet:
Ey peyğəmbər! Rəbbindən sənə nazil ediləni (insanlara) çatdır! Əgər etməsən, deməli sən Onun risaləsini [göndərişini] çatdırmamısan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir adamları düz yola
yönəltməz.
...
Ənam Suresi, 144. Ayet:
Dəvədən də ikisini, inəkdən də ikisini (yaratdı). De: "O, hər iki erkəyi haram buyurmuşdur, yoxsa hər iki dişini, yaxud dişilərin bətnindəki (balalarımı)? Allah bunu sizə tövsiyə edəndə məgər siz də şahid idiniz?" Heç nədən xəbəri olmayan insanları yoldan azdırmaq üçün Allaha yalan uyduranlardan daha zalımı kim ola bilər? Həqiqətən, Allah zalımlan düz yola
yönəltməz.
...
Nəhl Suresi, 37. Ayet:
Sən, onların doğru yolda olmalarını həddən artıq istəsən də, artıq, Allah yoldan çıxartdığı kəsi doğru yola
yönəltməz.
Onlar üçün heç bir yardımçı da yoxdur....
Zümər Suresi, 3. Ayet:
Diqqətli olun, xalis din yalnız Allaha aiddir. Onun altındakılardan bəzi köməkçi, yol göstərici, himayəçi yaxınlar qəbul edənlər: "Allahın altındakılardan qəbul etdiyimiz köməkçi, yol göstərici, himayəçi yaxınlar, bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara ibadət edirik." [deyirlər]. Şübhəsiz ki, onların ixtilafa/anlaşılmazlığa düşdükləri şeylər barədə onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankor olan şəxsləri doğru yola
yönəltməz.
...
Mömin Suresi, 28. Ayet:
Və Firon ailəsindən olub imanını gizlədən cəsur bir adam: "Bir adamı, ‘Rəbbim Allahdır’ dediyi üçün öldürəcəksinizmi? Halbuki o, həqiqətən sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. Və əgər o, bir yalançı olsa, bir də görərsin ki, yalanı öz əleyhinə dönmüşdür. Və əgər doğru isə sizi təhdid etdiyi şeylərin bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah, həddini aşan bir yalançı adamı doğru yola
yönəltməz.
...
Əhqaf Suresi, 10. Ayet:
De ki: "Heç düşündünüzmü? Əgər Quran, Allah tərəfindən isə və siz də onu bilə-bilə inkar etmişsinizsə, bununla birgə İsrail oğullarından bir şahid də onun bir bənzəri ilə şəhadət verib inanmışsa, siz də təkəbbür göstərsəniz... Şübhəsiz ki, Allah şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər tayfasını doğru yola
yönəltməz.
"...
Səff Suresi, 5. Ayet:
Və bir vaxt Musa öz qövmünə: "Ey qövmüm! Şübhəsiz ki, mənim, sizin üçün Allah tərəfindən göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, niyə mənə əziyyət verirsiniz?" demişdi. Nə zaman ki, onlar əyilərək azdılar, Allah da onların qəlblərini əyərək azdırdı. Və Allah, haqq yoldan çıxmış bir qövmü [doğru yola]
yönəltməz.
...
Səff Suresi, 7. Ayet:
Və İslama dəvət olunduğu halda Allah barədə yalan uydurandan daha səhv; öz zərərinə olan əməli işləyən kim var? Və Allah, şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər qövmünü [doğru yola]
yönəltməz.
...
Münafiqun Suresi, 6. Ayet:
Sənin onlar üçün bağışlanma diləmən yaxud diləməmənin onlar üçün fərqi yoxdur. Allah, onları qətiyyən əfv etməyəcək, bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, haqq yoldan çıxmış bir qövmü doğru yola
yönəltməz.
...