Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o
yükdən
heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır....
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o
yükdən
bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!...
Fatir Suresi, 18. Ayet:
Yük daşıyan biri (bir günahkar) başqa birinin yükünü (günahını) daşımaz. Əgər ağır yüklü kimsə onu (günahlarını) daşımağa başqasını çağırsa belə, o
yükdən
heç bir şey yüklədilməz, hətta onun yaxın qohumu olsa da. Sən ancaq qeybdə Rəbbinə huşu duyanları və namazı qılanları xəbərdar edirsən. Kim islah olsa (nəfsini islah etsə), o təqdirdə bunu yalnız öz nəfsi üçün edər. Dönüş Allahadır....
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o
yükdən
heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır....
Fatir Suresi, 18. Ayet:
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o
yükdən
heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır....
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqa bir günahkarın yükünü yüklənməz. Günah yükü ağır olan bir kimsə günahını yüklənmək üçün (bir başqasını) çağırsa, çağırdığı kimsə yaxını olsa belə, o
yükdən
heç bir şey yüklənilməz. Sən ancaq görmədikləri halda Rəblərindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənsə, ancaq özü üçün təmizlənmiş olar. Dönüş ancaq Allahadır....
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqa birisinin günah yükünü daşımaz. Əgər günah yükü ağır olan bir kimsə onu daşımaq üçün (başqasını) çağırsa, o, lap yaxın qohum olsa belə, bu
yükdən
heç nə daşıya bilməz. Sən ancaq görmədikləri halda öz Rəbbindən qorxan və namaz qılanlara öyüd-nəsihət verirsən. Kim (günahlardan) təmizlənirsə, özü üçün təmizlənir. Son dönüş Allahadır....