Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir....