Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rum Suresi, 44. Ayet:
Kim kafir olarsa, onun küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (cənnətdəki
yerlərini)
hazırlamış olarlar....
Əraf Suresi, 145. Ayet:
Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki
yerlərini)
göstərəcəyəm»....
Hud Suresi, 6. Ayet:
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan
yerlərini)
bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur....
Rəd Suresi, 36. Ayet:
(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan
yerlərini)
inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir»....