Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Taha Suresi, 77. Ayet:
Şübhəsiz ki, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx! (Fironun sizə)
yetişməsindən
qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik. (Bu ilahi əmrdən sonra Həzrət. Musa qövmü ilə birlikdə gecə yola çıxmış, Firon da bundan xəbər tutmuşdu.)...
Taha Suresi, 77. Ayet:
(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə
yetişməsindən
qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!”...
Yusif Suresi, 107. Ayet:
Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara
yetişməsindən
və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!...
Nəhl Suresi, 33. Ayet:
Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin
yetişməsindən
başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər....
Məhəmməd Suresi, 18. Ayet:
Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara
yetişməsindən
ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!...