Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Ənfal Suresi, 41. Ayet: Yenə, bilin ki, əgər siz Allaha, haqq ilə batilin ayırd edildiyi o gün; iki ordunun qarşı-qarşıya gəldiyi Bədr günü Öz bəndəmizə nazil etdiyimiz ayələrə iman etmisinizsə, hər hansı bir şeydən qənimət olaraq əlinizə keçirdiyimiz şeylerin beşdə biri, Allah, Elçi, yaxınlığı olanlar; yurdlarından çıxarılan kasıblar, yetimlər, miskinlər və yolda qalmışlar üçündür. Və Allah, hər şeyə qadirdir....