Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənbiya Suresi, 104. Ayet:
O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə
yetirəcəyik.
...
Ənbiya Suresi, 104. Ayet:
O gün biz səmanı kitab vərəqlərini yuvarlayırmış kimi bükəcəyik. Biz onu ilk yaratdığımız kimi yenidən yaradacağıq. Bu, Bizdən bir vəddir. Biz sözümüzü şübhəsiz yerinə
yetirəcəyik.
...
Ənbiya Suresi, 104. Ayet:
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə
yetirəcəyik.
(Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik)....
Ənbiya Suresi, 104. Ayet:
O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə
yetirəcəyik.
...