Nur Suresi, 31. Ayet: Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, y...
Bəqərə Suresi, 275. Ayet: Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][#347] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: "Alış-veriş, sələm kimidir" demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. Və kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar....
Səba Suresi, 14. Ayet: 14) Nə zaman ki, Biz onun ölümünü gerçəkləşdirdik; onun öldüyü barədə onlara ancaq əsasını yeyən yer üzü canlısı dəlalət etdi. Onun öldüyünü dərk etmələrinə, sadəcə əsasını yeyən yer canlısı/qurd səbəb oldu. Nə zaman ki üz üstü yerə yıxıldı, məlum oldu ki: "O yadlar bilmədikləri [şeyi, yəni] Süleymanın ölümünü bilmiş olsaydılar, o alçaldıcı əzab; həsrət, qürbət, əsarət içində, ağır işlər altında, zəncirə vurulmuş halda qalmazdılar."[#241]...