Tövbə Suresi, 40. Ayet: Əgər ona köməklik etməsəniz, fəqət
Allah ona köməklik etdi, onda o kəslər ki, kafir idilər, onu xaric
etdilər, onda iki nəfərdən biri idi. Onda ikisi də mağarada idi,
yoldaşına dedi: «Hüznlü olma, həqiqətən, Allah bizimlədir!»
Allah ona Öz rahatlığını nazil etdi və onu qeyb qoşunu ilə
möhkəmləndirdi, hansı ki, görmürdünüz və kafirlərin səsini
batırdı və Allahın sözü hər vaxt ucadır və həqiqətən, Allah
Əzizdir, Həkimdir!...
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir....
Tövbə Suresi, 40. Ayet: Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilirsiniz ki,) inkar edənlər onu iki nəfərdən biri olaraq (Məkkədən) çıxardıqları zaman ona məhz Allah yardım etmişdi. Onlar mağarada olduqları vaxt o, öz yoldaşına: “Məyus olma, çünki Allah bizimlədir”, – deyirdi. Allah da ona bir arxayınlıq duyğusu və hüzur endirmiş, sizin görmədiyiniz ordularla onu dəstəkləmiş, beləliklə, inkar edənlərin sözünü alçaltmışdı. Allahın sözü isə ən ucadır. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir....
Nisa Suresi, 12. Ayet: Əgər xanımlarınızı övladları yoxdursa, mirasının yarısı sizindir. Əgər bir övladları varsa, o zaman etmiş olduğu vəsiyyətdən və borcdan sonra, mirasın dörddə-biri sizindir. Əgər siz övladınız olmadan ölsəniz, qoyub getdiyiniz malın dörddə-biri xanımlarınızındır. Əgər övladlarınız varsa, o zaman etdiyiniz vəsiyyətdən və borcdan sonra, mirasınızın səkkizdə-biri xanımlarınızındır. Əgər ölən bir kişi və ya qadın, birinci dərəcədə varisi; həyat yoldaşı, övladı və ana-atası olmadan miras qoyursa, özün...
Tövbə Suresi, 40. Ayet: Əgər siz Elçiyə kömək etməsəniz, bilin ki, Allah həqiqətən ona kömək etmişdir. Necə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] onu ikinin [iki nəfərin] ikincisi olaraq çıxarmışdılar. Necə ki, ikisi mağarada idilər. O vaxt elçi, yoldaşına deyirdi: "Qəm yemə, şübhəsiz ki, Allah bizimlədir." Belə olduqda, Allah ona qəlbə təskinlik verən güvən və xatircəmlik hissini bəxş etmiş/onların əhval-ruhiyyəsini yaxşılaşdırmış, onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kaf...