Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Taha Suresi, 7. Ayet:
Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi
yoxdur).
Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir....
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi
yoxdur).
Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!...
Əraf Suresi, 193. Ayet:
Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti
yoxdur).
...
Tövbə Suresi, 12. Ayet:
Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti
yoxdur).
Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!...
Ənfal Suresi, 72. Ayet:
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) – məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik
yoxdur).
Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək is...
Yusif Suresi, 108. Ayet:
(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki
yoxdur).
Mən isə müşriklərdən deyiləm!”...
İbrahim Suresi, 43. Ayet:
Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət
yoxdur).
...
Nəhl Suresi, 37. Ayet:
(Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası
yoxdur).
Çünki Allah yoldan çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər də olmaz!...
Zuxruf Suresi, 22. Ayet:
Xeyr (belə bir şey
yoxdur).
Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər....
Mümtahinə Suresi, 4. Ayet:
İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bi...
Qəsəs Suresi, 28. Ayet:
(Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın
yoxdur).
Allah da dediyimizə şahiddir (vəkildir)!”...
Taha Suresi, 7. Ayet:
(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi
yoxdur).
Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir)....
Taha Suresi, 71. Ayet:
O (Firon), dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi
yoxdur).
Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”...
Mülk Suresi, 13. Ayet:
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi
yoxdur).
(Allah) ürəklərdə olanları biləndir!...
Əraf Suresi, 193. Ayet:
Əgər onları hidayətə (Allaha təslim olmağa) çağırsanız, sizə tabe olmazlar. Onları dəvətmi etdiniz, yoxsa siz səssizmi qaldınız? Sizin üçün birdir (sizin vəziyyətiniz eynidir, fərqi
yoxdur).
...
Nəml Suresi, 66. Ayet:
Xeyr, axirət haqqında onların elmləri tamamlandı (məlumatlar tamamilə onlara verildi). Əksinə onlar (hələ də) ondan (axirətdən) şübhə içindədirlər. Xeyr, onlar, ona (axirət dəlillərinə) qarşı kordurlar (onları anlayacaq bəsirətləri
yoxdur).
...
Vaqiə Suresi, 61. Ayet:
Sizin surətlərinizi (ölümlə) dəyişdirməyimiz və (axirət aləmi üçün) sizi bilmədiyiniz bir şəkildə (yenidən) yaratmağımızda (Bizi keçəcək
yoxdur).
...
Tövbə Suresi, 92. Ayet:
Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad üçün) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı
yoxdur).
...
Taha Suresi, 7. Ayet:
Sən ucadan danışsan da (danışmasan da, fərqi
yoxdur).
Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir....
Ali-İmran Suresi, 22. Ayet:
Onlar (xeyir) ?m?ll?ri dunyada v? axir?td? puca c?xm?s v? hec olmus k?sl?rdir (onlar?n xeyir ?m?ll?rinin dunyada yaxs? bir izi, axir?td? d? savab?
yoxdur).
Onlar?n (axir?td? s?fa?t ed?c?k) bir kom?k ed?nl?ri d? olmayacaqd?r....
Nisa Suresi, 65. Ayet:
Amma belə deyildir (onların imanları
yoxdur).
Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər....
Nisa Suresi, 159. Ayet:
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri
yoxdur).
(Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır....
Maidə Suresi, 109. Ayet:
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz
yoxdur).
Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən»....
Ənam Suresi, 35. Ayet:
Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri
yoxdur).
Odur ki, əsla nadanlardan olma....
Ənam Suresi, 134. Ayet:
Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz
yoxdur).
...
Ənam Suresi, 137. Ayet:
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək
yoxdur).
Buna görə də (sənə cih...
Tövbə Suresi, 92. Ayet:
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah
yoxdur).
...
Hicr Suresi, 17. Ayet:
Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri
yoxdur).
...
Nəhl Suresi, 9. Ayet:
Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət
yoxdur).
...
Rum Suresi, 40. Ayet:
Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz
yoxdur).
(Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır....
Mömin Suresi, 48. Ayet:
Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu
yoxdur).
»...
Casiyə Suresi, 24. Ayet:
(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti
yoxdur).
» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər....
Nəcm Suresi, 25. Ayet:
(Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki
yoxdur).
...
Mücadilə Suresi, 2. Ayet:
Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri
yoxdur).
Həqiqətən, Allah çox əfv edən və bağışlayandır....
Mürsəlat Suresi, 36. Ayet:
Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri
yoxdur).
...
Mutəffifin Suresi, 7. Ayet:
Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab
yoxdur).
Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir....
Bəqərə Suresi, 220. Ayet:
Dünya və axirət haqqında düşünəsiniz deyə belə edir. Bir də səndən yetimləri soruşurlar. De ki: “Onların vəziyyətini yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla qarışıb (birlikdə yaşa)yarsınızsa, (bunda bir maneə və sıxıntı
yoxdur).
(Onlar da) sizin qardaşlarınızdır. Allah fitnə-fəsad salanı da bilir, islah edəni də. Allah istəsəydi, sizi çətinə salardı. Şübhəsiz ki, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir”....
Tövbə Suresi, 80. Ayet:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə (fərqi
yoxdur).
Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də Allah onları əsla əfv etməyəcək. Bu, onların Allahı və Rəsulunu inkar etmələri səbəbi ilədir. Allah fasiq qövmü doğru yola yönəltməz....
Ənbiya Suresi, 24. Ayet:
Yoxsa Ondan başqa ilahlar qəbul etdilər? De ki: “Gətirin dəlilinizi! Bu, mənimlə birlikdə olanların kitabı və bu da məndən əvvəlkilərin kitabı (Heç birində birdən artıq ilah olduğuna dair heç bir dəlil
yoxdur).
Şübhəsiz, onların çoxu haqqı bilməzlər, bu səbəblə də üz döndərərlər”....
Mülk Suresi, 13. Ayet:
Sözünüzü istər gizləyin, istər onu aşkara vurun (fərqi
yoxdur).
Şübhəsiz, Allah sinələrin özünü (qəlblərdə olanı) haqqı ilə bilir....
Taha Suresi, 7. Ayet:
Sən səsini yüksəltsən də, (yüksəltməsən də fərqi
yoxdur).
Çünkü O, sirri də, çox gizli olanı da bilir....
Nəml Suresi, 21. Ayet:
Mən ona şiddətli cəza verəcək, ya da onu kəsəcəyəm, yaxud da qoy o, mənə aşkar dəlil gətirsin (ki, niyə
yoxdur).
"...
Rəhman Suresi, 33. Ayet:
Ey cin və insan dəstəsi! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq böyük bir qüvvətlə keçə bilərsiniz (ki, o da sizdə
yoxdur).
...