Bəqərə Suresi, 255. Ayet: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur....
Ənfal Suresi, 72. Ayet: Həqiqətən, o kəslər ki, inanırlar və hicrət ediblər və cihad edirlər Allah yolunda malları ilə və öz nəfsləri ilə və o kəslər ki, yer verib və yardım edirlər - həmin onlardır ki, bəzisi onların bəzisinin dostudur. O kəslər ki, inanırlar və hicrət etmirlər, heç bir şeydən onların dostluğundan sizin üçün yoxdur, ta onlar hicrət etməyələr! Əgər sizdən dində yardım istəsələr, aranızda andlaşma olan qoumun ziddinə olmasa, onlara yardım etməlisiniz. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! ...
Nur Suresi, 33. Ayet: O kəslər ki, nigah etməyə imkanları yoxdur, gərək iffətli olsunlar, ta Allah Öz fəzlindən onları ehiyacsız edə. Əgər sizin qulluqçularınız sizdən yazı istəsələr, əgər onlarda xeyir bilsəniz, onda o yazını onlara verin və əta edin onlara Allahın malından ki, sizə əta edib. Və cavan kənizlərinizi ki, istəyirlər pak və nəcib qalsınlar, dünya malından ötrü pis işə məcbur etməyin. Kim onları məcbur edərsə, həqiqətən, Allah onların bu kərahətlərindən sonra Ğəfurdur, Rəhimdir! ...
Nur Suresi, 61. Ayet: Kora çətinlik yoxdur, topala çətinlik yoxdur, xəstəyə də çətinlik yoxdur. Öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əlinizdə olan evlərdə, yaxud da dostlarınızın evlərində yemək yemənizdə də bir günah yoxdur. Bir yerdə və ya ayrı-ayrı yemək yemənizdə də bir günah yoxdur. Evlərə daxil olduğunuz...