Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhzab Suresi, 30. Ayet:
Ey Peyğəmbərin
zövcələri!
Sizdən kim açıq-aşkar çirkin bir iş görərsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır....
Əhzab Suresi, 32. Ayet:
Ey Peyğəmbər
zövcələri!
Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!...
Təhrim Suresi, 4. Ayet:
(Ey peyğəmbər
zövcələri!
) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbləriniz azmışdı. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır....
Əhzab Suresi, 30. Ayet:
Ey Peyğəmbərin
zövcələri!
Sizlərdən kim açıq-aşkar zina edərsə, onun cəzası ikiqat olar. Bu, Allah üçün çox asandır....
Əhzab Suresi, 32. Ayet:
Ey Peyğəmbərin
zövcələri!
Sən başqa qadınlardan deyilsən. Əgər təqvalısansa, yad kişilərlə nəzakətli danışma. Çünki qəlbində şər olan insan buna yanlış məna qoya bilər. Düzünü deyin....
Əhzab Suresi, 30. Ayet:
Siz ey Peyğəmbərin
zövcələri!
Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!...
Əhzab Suresi, 32. Ayet:
Siz ey Peyğəmbərin
zövcələri!
Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)...
Əhzab Suresi, 30. Ayet:
Ey Peyğəmbərin
zövcələri!
Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır....
Əhzab Suresi, 32. Ayet:
Ey Peyğəmbərin
zövcələri!
Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın....
Əhzab Suresi, 30. Ayet:
Siz, ey Peyğəmbərin
zövcələri!
Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)...
Əhzab Suresi, 32. Ayet:
Siz, ey Peyğəmbərin
zövcələri!
Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın....
Təhrim Suresi, 4. Ayet:
(Ey Peyğəmbərin
zövcələri!
) Əgər siz ikiniz Allaha tövbə etsəniz, nə yaxşı. Çünki qəlbləriniz əyildi. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa çıxsanız, bilin ki, Allah onun yardımçısıdır, Cəbrail də, saleh möminlər də. Bunlardan sonra mələklər də ona arxa çıxarlar....
Əhzab Suresi, 30. Ayet:
Ey peyğəmbərin
zövcələri!
Sizlərdən hansı biriniz aşkar bir qəbih iş tutarsa, onun cəzası ikiqat artırılar. Bu, Allah üçün çox asandır....
Əhzab Suresi, 32. Ayet:
Ey peyğəmbərin
zövcələri!
Axı siz qadınlardan hər hansı biri kimi deyilsiniz. Siz əgər müttəqisinizsə, sözdə yumşaqlıq [işvənaz] göstərməyin ki, ürəyində mərəz olan tamah salmasın. Siz də sözü lazımi tərzdə deyin....