Kövsər Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!
Elmir Quliyev :
Мы даровали тебе аль-Каусар (бесчисленные блага, в том числе одноименную реку в Раю).
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik. (“Kövsər” kəlməsinə “cənnətdəki kövsər hovuzu, bol nemətlər, Quran, elm şərəf” kimi mənalar verilmişdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz sənə Kövsəri bəxş etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz əta etdik sənə kövsəri.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi Zəhra (salamullahi ələyha)-nın gündən–günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu Cənnətdə çay əta etdik).
Kövsər Tağıyev:
Şübhəsiz, biz sənə Kövsəri verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Biz sənə Kövsəri əta etdik.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Biz sənə bol nemət verdik.