Əlixan Musayev:
Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.
Bünyadov-Məmmədəliyev:
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.
Elmir Quliyev
:
Алиф. Лам. Ра. Мы ниспослали тебе Писание, чтобы ты вывел людей с дозволения их Господа из мраков к свету — на путь Могущественного, Достохвального
Ələddin Sultanov:
Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır.
Kerbelayi Malik ağa:
Əlif, lam, ra. Rəbbinin izni ilə insanları qaranlıqlardan nura, Əziz, Həmid olanın yoluna çıxartmağın üçün sənə endirdiyimiz kitabdır.
Ələsgər Musayev:
Əlif, Lam, Ra!
Kitab ki, nazil etdik onu sənə, xaric edəsən insanları zülmətdən
nura tərəf iznilə Rəblərinin - tərəfinə yolunun Əzizin,
Həmidin!
A.Mehdiyev və D.Cəfərli:
Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.
Kövsər Tağıyev:
Əlif Ləm Ra. Bu Qur`an Rəblərinin izni ilə insanları qaranlıqlardan aydınlığa, mütləq güc sahibi və tərifə layiq, göylərdəki və yerdəki hər şeyin sahibi olan Allahın yoluna çıxarman üçün sənə nazil etdiyimiz bir kitabdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlif, Lam, Ra. Bu, insanları öz Rəbbinin izni ilə zülmətlərdən işığa və qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxarmağın üçün sənə nazil etdiyimiz bir Kitabdır.
Sabirə Dünyamalıyeva:
Əlif/1, Lam/30, Ra/200. Bu Bizim, insanları öz Rəbbinin izni ilə/məlumatı daxilində zülmətdən nura; yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz bir kitabdır.