Əlixan Musayev:
Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. (Allah) müşriklərin (Ona) qoşduqları şəriklərdən uzaqdır və ucadır.
Bünyadov-Məmmədəliyev:
Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
Elmir Quliyev
:
Веление Аллаха придет, и не пытайтесь это ускорить. Преславен Он и превыше того, что они приобщают в сотоварищи!
Ələddin Sultanov:
Allahın əmri gələcəkdir. Ona görə də onu istəməkdə tələsməyin! Allah onların qoşduqları şəriklərdən uzaq və ucadır.
Kerbelayi Malik ağa:
Allahın əmri gəldi. Artıq onun tez gəlməsini istəməyin. O, Sübhandır və şirk qoşulan şeylərdən Ucadır.
Ələsgər Musayev:
Allahın əmri
gəldi, onu tələsdirməyin! Sübhandır O və Alidir nədən ki, şərik
qoşurlar.
A.Mehdiyev və D.Cəfərli:
(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
Kövsər Tağıyev:
Allahın əmri gələcək. Daha onu tələm-tələsik istəməyin. Allah onların şərik qoşduqları şeylərdən uzaqdır, ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın əmri [hökmü] gələcəkdir, onun tezləşməsini tələb etməyin. Ona təriflər olsun! O, (Ona) qoşulan şəriklərdən yüksəkdə durur.
Sabirə Dünyamalıyeva:
Allahın əmri mütləq gələcək. Artıq onu tələsik istəməyin. Allah, onların şərik qoşduqları şeylərdən pakdır və ucadır.