Əlixan Musayev:
Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
Bünyadov-Məmmədəliyev:
Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!
Elmir Quliyev
:
Хвала Аллаху, Который ниспослал Своему рабу Писание и не допустил в нем неправды,
Ələddin Sultanov:
Kitabı (Quranı) bəndəsinə (Mühəmmədə) nazil edən və onda heç bir əyriliyə (nöqsana, ziddiyyətə) yol verməyən Allaha həmd olsun!
Kerbelayi Malik ağa:
Allaha həmd olsun ki, O, quluna Kitabı (Qurani Kərimi) endirdi. Onda heç bir əyriliyə (nöqsana) yol vermədi.
Ələsgər Musayev:
Həmd Allah
üçündür – Odur ki, nazil etdi üzərinə bəndəsinin kitabı və onda
heç bir əyrilik etmədi!
A.Mehdiyev və D.Cəfərli:
Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.
Kövsər Tağıyev:
Həmd quluna Kitabı (Qur`anı) endirən və onda heç bir əyriliyə yol verməyən Allaha məxsusdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Həmd olsun o Allaha ki, O, Öz bəndəsinə Kitab nazil etmiş, onda bir əyriliyə [qüsura] yol verməmiş,
Sabirə Dünyamalıyeva:
Bütün təriflər, Öz bəndəsinə, bir himayəçi olaraq, heç bir əyriliy olmayan Kitabı nazil edən Allaha məxsusdur; başqasını tərifləmək olmaz.