Ənbiya Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ qəflət içində (imandan) üz çevirirlər.
Bünyadov-Məmmədəliyev:
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ qəflət içindədirlər (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
Elmir Quliyev :
Приблизился к людям расчет с ними, однако они с пренебрежением отворачиваются.
Ələddin Sultanov:
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.
Kerbelayi Malik ağa:
İnsanlar üçün hesab vaxtı yaxınlaşdı. Onlar qəflət içində üz çevirənlərdir.
Ələsgər Musayev:
Yaxınlaşdı insanlar üçün hesabı onların onlar qəflətdə olaraq üz çevirirlər.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər üz döndərirlər.
Kövsər Tağıyev:
İnsanlar üçün haqq-hesab vaxtı yaxınlaşdı. Halbuki onlar qəflət içində üz döndərirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara [Məkkə kafidən] haqq-hesab vaxtı yaxınlaşdı, isə hələ qəflətdə olub (hazırlaşmağa) biganədirlər.
Sabirə Dünyamalıyeva:
İnsanlar üçün haqq-hesab vaxtı yaxınlaşdı. Onlar isə laqeydliklə, uzaq dayanırlar.