Həcc Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!
Elmir Quliyev :
О люди! Бойтесь вашего Господа! Воистину, сотрясение Часа является ужасным событием.
Ələddin Sultanov:
Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamətin sarsıntısı çox dəhşətlidir.
Kerbelayi Malik ağa:
Ey insanlar! Rəbbinizə qarşı təqva sahibi olun. O saatın zəlzələsi (şiddətli sarsıntısı) şübhəsiz ki, çox dəhşətli bir şeydir.
Ələsgər Musayev:
Ay insanlar, qorxun Rəbbinizdən! Həqiqətən, zəlzələ saatı əzəmətli şeydir.
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.
Kövsər Tağıyev:
Ey insanlar! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Çünki qiyamət gününün sarsıntısı çox böyük bir şeydir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamət günü olacaq zəlzələ dəhşətli şeydir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Rəbbinizin mihafizəsi altına daxil olun, şübhəsiz, qiyamətin qopduğu anının sarsıntısı çox böyük bir şeydir.