Əlixan Musayev:
(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!
Elmir Quliyev
:
Вот сура, которую Мы ниспослали и сделали законом. Мы ниспослали в ней ясные знамения, чтобы вы могли помянуть назидание.
Ələddin Sultanov:
Bu, nazil etdiyimiz və (hökmlərini sizə) fərz etdiyimiz bir surədir. Bəlkə düşünüb ibrət alasınız deyə onda açıq-aşkar ayələr nazil etdik.
Kerbelayi Malik ağa:
(Bu) Bizim nazil etdiyimiz və fərz qıldığımız bir surədir. Onun içində dəlillərlə açıqlanmış ayələr endirdik. Ola bilsin ki, beləcə təzəkkür edərsiniz.
Ələsgər Musayev:
Surə – nazil etdik onu və vacib etdik onu və nazil etdik onda ayətlər aydınlıqla, ola ki, yad edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir.
Kövsər Tağıyev:
Bu, bizim endirdiyimiz və (hökmlərini) fərz buyurduğumuz bir surədir. Düşünüb öyüd götürəsiniz deyə onda açıq-aydın ayələr nazil etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, elə bir surədir ki, Biz onu nazil edib (sizə) vacib buyurduq. Onda aydın ayələr nazil etdik ki, bəlkə siz düşünüb ibrət alasınız.
Sabirə Dünyamalıyeva:
Nazil etdiyimiz və hissə-hissə ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də nazil etdik.