Səba Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdəkilərin yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!
Elmir Quliyev :
Хвала Аллаху, Которому принадлежит то, что на небесах, и то, что на земле. Ему же надлежит хвала в Последней жизни. Он Мудрый, Ведающий.
Ələddin Sultanov:
Həmd göylərdə yerdə varsa, hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə həmd Ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Həmd göylərdə yerdə olan varlıqların sahibi olan Allaha məxsusdur. Həmd axirətdə Ona məxsusdur. O, Hakimdir, Xəbirdir (hər şeydən xəbərdar olan).
Ələsgər Musayev:
Həmd Allah üçündür Odur ki, səmalarda ərzdə olanlar Onun üçündür. Onun üçündür həmd axirətdə O Həkimdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Həmd göylərdə yerdə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək məhv etmək hamısı Onun iradə istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin bütün gözəllikləri Ondandır) O (yaradılış şəriət qanunlarında diqqətli möhkəm) hikmət sahibidir xəbərdardır.
Kövsər Tağıyev:
Həmd göylərdəki yerdəki hər şeyin sahibi olan Allaha məxsusdur. Həmd axirətdə Ona məxsusdur. O, hökm hikmət sahibidir, (hər şeydən) haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yerdə olanların sahibi Allaha həmd olsun! Axirətdə həmd Onadır. O, hökm hikmət sahibidir, hər şeydən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Bütün təriflər, göylərdə yerdə olan hər şeyin sahibi olan Allaha məxsusdur; başqasını təfiləmək olmaz. Axirətdə bütün təriflər ancaq Onun üçündür; başqasını tərifləmək olmaz. O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin üzünü, gizli tərəflərini yaxşı biləndir.