Əlixan Musayev:
Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
Хвала Аллаху, Творцу небес и земли, Сделавшему посланцами ангелов с двумя, тремя и четырьмя крыльями. Он приумножает в творении, что пожелает. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Həmd göyləri və yeri yaradan, iki, üç və dörd qanadlı mələkləri rəsullar (elçilər) edən Allaha aiddir. Yaradılışda istədiyini artırar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Həmd Allah
üçündür, yaradanıdır səmaların və ərzin. Etdi mələkləri rəsullar
– iki qanadlı və üç qanadlı və dörd qanadlı. Və artırar xilqətdə
nə ki, istər. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Həmd göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha məxsusdur. O, yaratmada istədiyini artırar. Şübhəsiz, Allahın gücü hər şeyə haqqı ilə yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin yaradıcısı, mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha həmd olsun. O, məxluqatda istədiyi şeyi artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Bütün təriflər, göyləri və yeri yoxdan yaradan, xəbərçi ayələri iki-iki, üç-üç, dörd-dörd... mənalar daşıyan/təbiət qüvvələrini ikiqat, üçqat, dördqat... şiddət vahidinə sahib elçilər olaraq göndərən Allaha məxsusdur; başqasını tərifləmək olmaz. O, əmələ gətirməkdə, istədiyini artırar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.