Zümər Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu Kitab Qüdrətli Müdrik Allahdan nazil edilmişdir.
Bünyadov-Məmmədəliyev:
Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!
Elmir Quliyev :
Писание ниспослано от Аллаха Могущественного, Мудрого.
Ələddin Sultanov:
Bu kitab (Quran) yenilməz qüvvət hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.
Kerbelayi Malik ağa:
Bu Kitab Əziz Hakim olan Allah tərəfindən nazil edilmişdir.
Ələsgər Musayev:
Nazil edildi kitab Allahdan Əzizdən, Həkimdən!
A.Mehdiyev və D.Cəfərli:
Bu kitab (hər şey üzərində) qüdrət qələbə sahibi, (yaradılış şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
Kövsər Tağıyev:
Kitabın endirilməsi mütləq güc sahibi, hökm hikmət sahibi Allah tərəfindədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu Kitab qüdrət hikmət sahibi Allah tərəfindən nazil olunmuşdur.
Sabirə Dünyamalıyeva:
Bu kitabın nazil edilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan; mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən Allah tərəfindəndir.