Mücadilə Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əri barəsində səninlə mübahisə edən Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
Elmir Quliyev :
Аллах уже услышал слова женщины, которая вступила с тобой в пререкания относительно своего мужа и пожаловалась Аллаху. Аллах слышал ваш спор, ведь Аллах Слышащий, Видящий.
Ələddin Sultanov:
Əri haqqında səninlə mübahisə edən Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Allah əri barəsində səninlə mübahisə edən Allaha şikayət edənin (qadının) sözünü eşitmişdi. Allah sizin söhbətlərinizi eşidər. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı görəndir.
Ələsgər Musayev:
Əlbəttə, eşitdi Allah o qadının sözünü, hansı ki, mücadilə edirdi səninlə öz zövcü barəsində Allaha şikayət edirdi. Allah sizin hər ikinizin danışığını eşidir. Həqiqətən, Allah Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən Allaha şikayət edən qadının sözünü eşitdi qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən görəndir.
Kövsər Tağıyev:
Əri barəsində səninlə mübahisə edən Allaha şikayət edən qadının sözünü Allah eşitmişdir. Allah sizin söhbətinizi (onsuz da) eşidirdi. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz əri barəsində səninlə mübahisə edən Allaha şikayət edən qadının dediklərini Allah eşitmişdir. Allah aranızdakı söhbəti eşidir. Axı Allah eşidəndir, görəndir!
Sabirə Dünyamalıyeva:
Əri barəsində səninlə mübahisə edən Allaha şikayət edən qadının sözünü Allah həqiqətən eşitdi. Allah, ikinizin danışığını da eşidir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.