Həşr Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Славит Аллаха то, что на небесах, и то, что на земле. Он Могущественный, Мудрый.
Ələddin Sultanov:
Göylərdə yerdə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Göylərdə yerdə olanlar Allahı təsbeh etdi (və etməkdədir). O, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Saya salır Allahı ki, səmalardadır ki, ərzdədir. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə yerdə olanların hamısı Allahı (dil hal ilə) zikr edir O, yenilməz qüdrət sahibi mətindir (yaradılış şəriət mərhələsində) gözəl yaradandır.
Kövsər Tağıyev:
Göylərdəki yerdəki hər şey Allahı təsbih edir. O, mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yerdə varsa, Allaha təriflər deyər. O, qüdrət, hökm hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Göylərdə yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan pak tuturlar. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.