Münafiqun Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
Elmir Quliyev :
Когда лицемеры приходят к тебе, они говорят: "Свидетельствуем, что ты Посланник Аллаха". Аллах знает, что ты Его Посланник, и Аллах свидетельствует, что лицемеры являются лжецами.
Ələddin Sultanov:
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın Peyğəmbərisən!” - dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
Kerbelayi Malik ağa:
Münafiqlər sənin yanına gəldikləri zaman: ‘Biz şahidlik edirik. Şübhəsiz ki, sən həqiqətən Allahın Rəsulusan.’ dedilər. Allah şübhəsiz ki, sənin həqiqətən Onun Rəsulu olduğunu bilir. Allah şahidlik edər ki, münafiqlər həqiqətən yalançıdırlar.
Ələsgər Musayev:
Onda ki, gəlirlər münafiqlər sənin yanına, deyirlər: «Şəhadət veririk, həqiqətən, sən rəsulusan Allahın!» Allah bilir ki, sən rəsulusan Onun Allah şahiddir, həqiqətən, münafiqlər yalançıdırlar.
A.Mehdiyev və D.Cəfərli:
Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan.» Allah bilir ki, sən Onun Rəsulusan həm Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər).
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz, əlbəttə, sənin Allahın peyğəmbəri olduğuna şahidlik edirik”, deyirlər. Allah sənin, əlbəttə, onun peyğəmbəri olduğunu bilir. (Lakin) Allah o münafiqlərin, heç şübhəsiz, yalançılar olduqlarına, əlbəttə, şahidlik edir.
M.Qənioğlu və T.Bilaloğlu:
Münafiqlər sənin yanına gələndə: "Biz şəhadət veririk ki, sən həqiqətən Allahın peyğəmbərisən." - deyirlər. Allah da bilir ki, sən həqiqətən Onun peyğəmbərisən Allah şahiddir ki, münafiqlər həqiqətən yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz, həqiqətən şahidlik edirik ki, sən şübhəsiz, Allahın elçisisən" dedilər. Allah da bilir ki, sən həqiqətən Onun elçisisən. Allah şahidlik edir ki, şübhəsiz münafiqlər, həqiqətən yalançıdırlar.