Əlixan Musayev:
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
Elmir Quliyev
:
Славит Аллаха то, что на небесах, и то, что на земле. Ему принадлежит власть и надлежит хвала. Он способен на всё.
Ələddin Sultanov:
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. Hökmranlıq da, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə olan hər şey Allahı təsbeh edər. Mülk Onundur və həmd Ona məxsusdur. O, hər şeyə Qadirdir.
Ələsgər Musayev:
Saya salır Allahı
nə ki, səmalardadır və nə ki, ərzdədir. Onun üçündür mülk və
Onun üçündür həmd və O üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
(Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir!
Kövsər Tağıyev:
Göylərdəki və yerdəki hər şey Allahı təsbih edir. Mülk yalnız Onundur, həmd də Ona məxsusdur. O, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yerdə nə varsa, Allaha təriflər deyər. Mülk də Onundur, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan pak tutur. Mülk yalnız Onundur, bütün təriflər də yalnız Ona məxsusdur; başqasını tərifləmək olmaz. Və O, hər şeyə ən yaxşı qadir olandır.