Əlixan Musayev:
Nun. And olsun qələmə və qələmə alınanlara!
Bünyadov-Məmmədəliyev:
Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,
Elmir Quliyev
:
Нун. Клянусь письменной тростью и тем, что они пишут!
Ələddin Sultanov:
Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki,
Kerbelayi Malik ağa:
Nun. Qələmə və sətir-sətir yazdıqlarına and olsun!
Ələsgər Musayev:
Nun! And olsun qələmə və nə ki, sətirlənir!
A.Mehdiyev və D.Cəfərli:
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
Kövsər Tağıyev:
Nun. (Ey Muhamməd!) And olsun qələmə və sətir-sətir yazdıqlarına ki,
M.Qənioğlu və T.Bilaloğlu:
Nun. Qələmə və (katiblərin onunla) yazdıqlarına and olsun ki,
Sabirə Dünyamalıyeva:
Nun Qələmi və onları sətir-sətir yazıb söylədiklərini/əfsanələşdirdiklərini sübut gətirirəm ki,