Əlixan Musayev:
Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik (və dedik): “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
Elmir Quliyev
:
Мы отправили Нуха (Ноя) к его народу: "Предостереги свой народ прежде, чем их постигнут мучительные страдания".
Ələddin Sultanov:
Biz ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl qövmünü xəbərdar etsin deyə Nuhu öz qövmünə göndərdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz Hz.Nuhu öz qövmünə: ‘Onlara şiddətli əzab gəlməmişdən öncə xəbərdar et.’ deyə (rəsul olaraq) göndərdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz
göndərdik Nuhu qoumuna tərəf ki: «Nəzərinə çatdır qoumunun
ələmli əzab onlara gəlməmişdən qabaq!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».
Kövsər Tağıyev:
gözləri yerə dikilmiş, özlərini zillət bürümüş bir halda məzarlarından sürətlə çıxacaqları o günü xatırla! Bax o, onlara vəd olunan gündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Biz Nuhu: "Camaatına üzücü bir əzab gəlməzdən əvvəl onlara öyüd-nəsihət ver!“ - deyə öz camaatının yanına (peyğəmbər) göndərdik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz, onlara çox şiddətli bir əzab gəlməmişdən qabaq qövmünə xəbərdarlıq et, deyə Nuhu öz qövmünə elçi göndərdik.