Əlixan Musayev:
De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə (Quranı) dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
Elmir Quliyev
:
Скажи: "Мне было открыто, что несколько джиннов послушали чтение Корана и сказали: “Воистину, мы слышали удивительный Коран.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
Kerbelayi Malik ağa:
De ki: ‘Cinlərdən bir dəstənin (Quran) dinlədiyi, sonra: ‘Biz həqiqətən heyrətamiz, gözəl bir Quran eşitdik.’ dedikləri mənə vəhy edildi.’
Ələsgər Musayev:
Rəhimin! De: «Mənə vəhy
olunur ki, bir neçə nəfər cinlərdən dedilər: “Həqiqətən, eşitdik
biz əcəb bir Qur’an!
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Mənə cinlərdən bir topluluğun (Qur`anı) dinləyib belə dedikləri vəhy olundu: heyranedici bir Qur`an dinlədik,
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Qurana) qulaq asıb dedilər: "Həqiqətən, Biz əvəzsiz, qəribə bir Quran eşitdik!
Sabirə Dünyamalıyeva:
De ki: Mənə vəhy olundu ki, şübhəsiz yadlardan bir dəstə Quranı dinləyib: "Şübhəsiz ki, biz, yetkinliyə çatmağa yol göstərən heyrət verici bir Quran dinlədik.