Müzzəmmil Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)!
Bünyadov-Məmmədəliyev:
Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
Elmir Quliyev :
О закутавшийся!
Ələddin Sultanov:
Ey örtünüb bürünən! (İlk vəhy gəldikdən sonra Həzrət Peyğəmbər Həzrət Cəbraili əsil surətində görmüş qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə birbaşa evinə qayıtmış zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab etmişdi.)
Kerbelayi Malik ağa:
Ey örtünüb bürünən!
Ələsgər Musayev:
Ay bürünmüş!
A.Mehdiyev və D.Cəfərli:
Ey libasına bürünmüş.
Kövsər Tağıyev:
Ey örtünüb bürünən (Peyğəmbər)!
M.Qənioğlu və T.Bilaloğlu:
Ey (yatağa) bürünmüş (peyğəmbərim) !
Sabirə Dünyamalıyeva:
Ey evinə qapanan şəxs!