Ğaşiyə Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Aləmi) Çulğalayanın xəbəri sənə gəlib çatdımı?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
Elmir Quliyev :
Дошел ли до тебя рассказ о дне покрывающем?
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Hər tərəfi bürüyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?!
Kerbelayi Malik ağa:
Ğaşiyənin (aləmi bürüyəcək olan qorxunc fəlakətin) xəbəri sənə gəldimi?
Ələsgər Musayev:
Çatdımı sənə hadisəsi bürüyənin?
A.Mehdiyev və D.Cəfərli:
(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
Kövsər Tağıyev:
Dəhşəti hər şeyi bürüyən fəlakətin xəbəri sənə gəlib çatdımı?
M.Qənioğlu və T.Bilaloğlu:
Müsibət gününün xəbəri sənə gəlib çatıbmı?
Sabirə Dünyamalıyeva:
Bürüyənin xəbəri sənə gəlib çatdımı?