Qədr Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik!
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
Elmir Quliyev :
Воистину, Мы ниспослали его (Коран) в ночь предопределения (или величия).
Ələddin Sultanov:
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz Quranı Kərimi Qədr gecəsində nazil etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz nazil edərik onu gecəsində qədrin!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23. il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə Peyğəmbərin mübarək qəlbindən ümmətə çatdırıldı).
Kövsər Tağıyev:
Şübhəsiz, biz onu (Qur`anı) Qədr gecəsində endirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu [Quranı] Qədr gecəsində nazil etdik.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz, qiymətli səhifələr içindəki Quranı Qədr gecəsində nazil etdik.