Beyyinə Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitab əhlindən müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən (yəhudilərdən xaçpərəstlərdən) kafir olanlar müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
Elmir Quliyev :
Неверующие из людей Писания и многобожников не расстались с неверием, пока к ним не явилось ясное знамение
Ələddin Sultanov:
Kitab əhlindən müşriklərdən haq­ inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.
Kerbelayi Malik ağa:
Kitab əhlindən müşriklərdən kafir olanlar özlərinə bəyyinə (açıq-aşkar dəlil) gəlməyənə qədər (küfrlərindən) ayrılan deyillər.
Ələsgər Musayev:
Kitab əhlindən olan kafirlər müşriklər ayrılmadılar, ta gəldi onlara bəyanat
A.Mehdiyev və D.Cəfərli:
Kitab əhlindən kafir olan kəslər müşriklər özlərinə açıq aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
Kövsər Tağıyev:
Kitab əhlindən inkar edənlər ilə Allaha şərik qoşanlar özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılan deyildilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən müşriklərdən küfr edənlər özlərinə aydın dəlil gəlməyincə (küfrdən) ayrılmırdılar.
Sabirə Dünyamalıyeva:
Kitab əhlindən şərik qoşanlardan küfr işləmiş [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş] kəslər, özlərinə açıq dəlil;