Əlixan Musayev:
Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (sözləri olacaq).
Bünyadov-Məmmədəliyev:
Onların oradakı (möminlərin Cənnətdəki) duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.
Elmir Quliyev
:
Там они будут взывать: "Пречист Ты, Аллах!" Там их приветствием будет слово: "Мир!" А их молитвы завершатся словами: "Хвала Аллаху, Господу миров!"
Ələddin Sultanov:
Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
Kerbelayi Malik ağa:
Onların orada duaları: ‘Allahım, Sən Sübhansan.’ Onların orada həyatları (təhiyyatları, diləkləri) ‘Salam’dır və dualarının sonu ‘Aləmlərin Rəbbi Allaha həmd etmək’dir.
Ələsgər Musayev:
Çağırışı onların orada:
«Allahım! Sən Sübhansan!» və təhiyyətləri orada: «Salam!» və
axır çağırışları budur: «Həmd Allah üçündür, Rəbbidir
aləmlərin!»
A.Mehdiyev və D.Cəfərli:
Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir).
Kövsər Tağıyev:
Onların oradakı duaları “Səni nöqsanlardan uzaq tuturuq, Allahım!”, orada bir-birilərinə qarşı xoş diləkləri “salam”, dualarının sonu isə “Həmd aləmlərin Rəbbi Allaha məxsusdur” sözləridir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların oradakı duası: "İlahi, şəninə təriflər olsun!," salamlaşmaları: "Salam! [Sülh!]" və dualarının sonu isə: "Həmd olsun aləmlərin Rəbbi Allaha! " - olar.
Sabirə Dünyamalıyeva:
Onların oradakı duaları belədir: "Allahım! Sən hər cür nöqsandan paksan!" Və onların oradakı salamlaşmaları belədir: "Salam" [sağlıq, səhhət, xoşbəxtlik]! Dualarının axırı da belədir: "Bütün təriflər, aləmlərin Rəbbi Allaha məxsusdur!"