Hud Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər sevinib lovğalıq edər.
Bünyadov-Məmmədəliyev:
Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” - deyər sözsüz ki, sevinib öyünər.
Elmir Quliyev :
Если же Мы дадим ему вкусить милость после постигшей его беды, то он говорит: "Напасти оставили меня в покое". Он начинает ликовать и бахвалиться.
Ələddin Sultanov:
Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq: “Müsibətlər məndən sovuşdu”, - deyər sevinib təkəbbürlənər.
Kerbelayi Malik ağa:
Əgər ona darlıq üz verdikdən sonra ona nemət daddırsaq, mütləq: ‘Fəlakətlər məndən getdi.’ deyər. Şübhəsiz ki, o, sevinib öyünəndir (lovğalanan, özünü çoxbəyənən).
Ələsgər Musayev:
Əgər ona, zərər yetişəndən sonra, Öz nemətimizdən dadızdıraq, deyər: «Pislik məndən keçib getdi!» Həqiqətən, o, fərəhli olub fəxr edər!
A.Mehdiyev və D.Cəfərli:
əgər ona düçar olduğu çətinlikdən pərişanlıqdan sonra (sağlamlıq, sərvət əmin-amanlıq kimi) bir rahatlıq nemət daddırsaq mütləq «çətinliklər bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir həmin halda fərəhlənər çox öyünər.
Kövsər Tağıyev:
Ancaq ona üz verən bir sıxıntıdan sonra ona bir nemət daddırsaq, mütləq: “Pisliklər məndən sovuşdu”, deyəcək. Çünki o, özündən razı qürrələnən biridir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz ona sıxıntıdan sonra firavanlıq dadızdırsaq, həqiqətən o: "Pis şeylər məndən sovuşdu!" - deyərək sevinib qürrələnər.
Sabirə Dünyamalıyeva:
əgər, bədbəxtlikdən sonra ona xoşbəxtliyi daddırsaq, əlbəttə, "Artıq fəlakətlər məndən sovuşdu" deyər. şübhəsiz, o, öyünən, lovğalanan biridir.