Əlixan Musayev:
Elçiləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi (iman gətirməyə) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”
Elmir Quliyev
:
Посланники говорили им: "Неужели вы сомневаетесь в Аллахе — Творце небес и земли? Он призывает вас, чтобы простить ваши грехи и предоставить вам отсрочку до назначенного времени". Они говорили: "Вы — такие же люди, как и мы. Вы хотите увести нас от того, чему поклонялись наши отцы. Приведите же нам ясное доказательство".
Ələddin Sultanov:
Peyğəmbərləri (onlara) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”
Kerbelayi Malik ağa:
Onların rəsulları belə dedi: ‘Səmaları və yeri yaradan Allah haqqındamı şübhədəsiniz? Sizi günahlarınızı məğfirət etmək üçün dəvət edir və sizə müəyyən bir zamana qədər möhlət verir’. Onlar da belə dedilər: ‘Siz ancaq bizim kimi bir bəşərsiniz. Atalarımızın ibadət etmiş olduğu şeylərdən bizi döndərmək istəyirsiniz. Elə isə bizə açıqca bir möcüzə gətirin!’
Ələsgər Musayev:
Rəsulları dedilər: «Ə, Allahda şəkkiniz
var, səmaları və ərzi yaradıb? Dəvət edir sizi ki, bağışlasın
günahlarınızı və sizə təyin olunmuş əcələ kimi möhlət versin».
Dedilər: «Siz də bizim kimi ancaq bəşərsiniz. Istəyirsiniz ki,
sədd çəkəsiniz bizə atalarımızın ibadət etdiklərindən. Bizə
aşkar hökmünüzü gətirin!
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
Kövsər Tağıyev:
Peyğəmbərləri dedi ki: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi var? (Halbuki) O, günahlarınızı bağışlamaq və müəyyən bir vaxta qədər sizə möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar: “Siz də bizim kimi sadəcə bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən yayındırmaq istəyirsiniz. Elə isə bizə açıq-aşkar bir dəlil gətirin”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların peyğəmbərləri dedilər: "Göyləri və yeri yoxdan yaradan Allahamıdır şübhə? O, sizə günahlarınızın bəzisini bağışlamaq və müəyyən olunmuş müddətə qədər möhlət vermək üçün dəvət edir". Onlar dedilər: "Siz də ancaq bizim kimi insanlarsınız. Siz bizi ata- babalarımızın ibadət etdikləri şeylərdən döndərmək istəyirsiniz. Onda bizə açıq-aydın bir dəlil gətirin!"
Sabirə Dünyamalıyeva:
Elçiləri dedi ki: "Göyləri və yeri yoxdan yaradan, sizi günahlarınızı bağışlamaq üçün çağıran və müəyyən bir müddətin sonuna qədər sizə möhlət verən Allah haqqında qeyri-kafi məlumatmı var?" Onlar: "Siz yalnız bizim kimi bir bəşərsiniz, bizi atalarımızın tapındıqlarından döndərmək istəyirsiniz. O halda, bizə açıq-aşkar bir dəlil gətirin!" dedilər.