Əlixan Musayev:
O dedi “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”
Bünyadov-Məmmədəliyev:
(Zəkəriyya) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”
Elmir Quliyev
:
Он сказал: "Господи! Назначь для меня знамение". Он сказал: "Знамением для тебя станет то, что ты не будешь говорить с людьми в течение трех ночей, будучи в полном здравии".
Ələddin Sultanov:
(Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.
Kerbelayi Malik ağa:
(Zəkəriya ə.s): ‘Rəbbim, mənə bir işarə ver.’ dedi. (Allahu Təala belə) dedi: ‘Sənin işarən odur ki, sağlam olduğun halda üç gecə insanlarla danışa bilməyəcəksən.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim, mənim üçün bir ayət-nişanə
et!» Dedi: «Sənin ayət-nişanə odur ki, üç gecə insanlarla kəlmə
kəsə bilməzsən!»
A.Mehdiyev və D.Cəfərli:
(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
Kövsər Tağıyev:
Zəkəriyya: “Rəbbim, elə isə mənə (övladım olacağına dair) bir əlamət göstər”, – dedi. Allah isə: “Sənin üçün əlamət sağlam olduğun halda insanlarla (üç gün) üç gecə danışa bilməməyindir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəkəriyyə dedi: "Rəbbim, mənim üçün bir ayə (əlamət) düzəlt." Allah dedi: "Sənin ayən odur ki, gərək sən üç gün - üç gecə insanlarla danışmayasan."
Sabirə Dünyamalıyeva:
Zəkəriyya: "Ey Rəbbim! Mənə bir nişan ver" dedi. Allah, "Sənin nişanın, sağlam olduğun halda üç gecə insanlarla danışmamağındır" buyurdu.