Əlixan Musayev:
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.
Bünyadov-Məmmədəliyev:
Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
Elmir Quliyev
:
Их сердца поражены недугом. Да усилит Аллах их недуг! Им уготованы мучительные страдания за то, что они лгали.
Ələddin Sultanov:
Onların qəlblərində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Onların qəlblərində mərəz (xəstəlik) vardır. Allah da bu səbəblə onların xəstəliyini artırdı. Yalanlamaları (Allaha təslim olmağı yalanlamaları) səbəbiylə onlar üçün şiddətli bir əzab vardır.
Ələsgər Musayev:
Qəlblərində mərəz var və Allah da artırdı onlara mərəz.
Və onlar üçündür ələmli əzab, nə ilə oldular yalançılar!
A.Mehdiyev və D.Cəfərli:
Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Qəlblərində münafiqlikdən qaynaqlanan bir xəstəlik var. Allah da onların xəstəliklərini artırmışdır. Söylədikləri yalana görə də onlara ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ürəklərində bir mərəz vardır. Allah onların mərəzini daha da artırmışdır ! Yalan dedikləri üçün də onları üzücü bir əzab gözləyir.
Sabirə Dünyamalıyeva:
Onların ürəklərində xəstəlik var; onların düşüncə tərzi xarabdır və Allah onların xəstəliyini; azğınlığı artırar. Yalan söylədiklərinə görə də onlar üçün ağrılı bir əzab var.