Nəml Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı geriyə dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.
Bünyadov-Məmmədəliyev:
Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) “Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.
Elmir Quliyev :
Брось свой посох!" Когда он увидел, как тот извивается, словно змея, то бросился бежать назад и не вернулся (или не обернулся). Аллах сказал: Муса (Моисей)! Не бойся, ибо посланникам нечего бояться, когда они находятся предо Мною.
Ələddin Sultanov:
Əsanı at!” Musa əsanın ilan kimi qıvrıldığını gördüyü zaman arxasına baxmadan dönüb qaçdı. (Ona dedik:) “Ey Musa, qorxma! Çünki, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.
Kerbelayi Malik ağa:
‘Əsanı at!’ Bunun üzərinə (əsasını atdığı zaman) onun ilan kimi hərəkət etdiyini gördükdə, arxasına baxmadan geri dönüb qaçdı. ‘Ya Musa! Qorxma, şübhəsiz ki, Mənim hüzurumda rəsullar qorxmazlar.’
Ələsgər Musayev:
At əsanı!» Amma elə ki, gördü ilan kimi hərəkət edir, dabanı üstə dönüb qayıtmadı: «Ay Musa, xoflanma! Həqiqətən, mürsəllər Mənim hüzurumda xoflanmazlar.
A.Mehdiyev və D.Cəfərli:
«Əsanı at! (Musa əsasını yerə atdı.) Onun iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
Kövsər Tağıyev:
“Əsanı at”. (Musa əsasını atdı.) Onun ilan kimi hərəkət etdiyini gördükdə dönüb arxasına baxmadan qaçdı. (Allah belə dedi:) “Ey Musa, qorxma! Peyğəmbərlər mənim hüzurumda qorxmazlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz əsanı yerə at!” O, əsasının bir ilan kimi qıvnldığını görən kimi arxaya baxmadan dönüb qaçdı. (Allah dedi): Ey Musa, qorxma, axı peyğəmbərlər Mənim yanımda qorxmazlar.
Sabirə Dünyamalıyeva:
biliklərini meydana çıxar!" -Onun sanki görünməyən bir varlıq kimi hərəkət ettirildiyini gördükdə, dərhal dönüb arxasına baxmadan qaçdı.- "Ey Musa, qorxma! Şübhəsiz ki, Mən! Mənim hüzurumda elçilər qorxmaz.