Səcdə Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
(Axirətə inanmayanlar) dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!
Elmir Quliyev :
Они говорят: "Неужели после того, как мы затеряемся в земле, мы возродимся в новом творении?" Но они не веруют во встречу со своим Господом.
Ələddin Sultanov:
Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” - dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Biz yerdə torpağa qarışdığımız zaman biz mütləq yeni bir yaradılışlamı yaradılacağıq?’ Xeyr, onlar Rəblərinə mülaki olmağı (təslim olmağı) inkar edənlərdir.
Ələsgər Musayev:
Dedilər: «Ə, onda ki, biz ərzdə azdıq, ə, biz qalxıb yeni xəlqmi olacağıq?» Bəli, onlar öz Rəbləri ilə görüşə kafirdirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.
Kövsər Tağıyev:
(Kafirlər dedilər ki:) “Torpaqda yox olduqdan sonra bizmi yenidən yaradılacağıq?” Xeyr, onlar Rəblərinə qovuşacaqlarını inkar edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər "Biz torpağa qarışıb yox olarıqsa, yenidənmi xəlq olunarıq?" Bəli, onlar özlərinin Rəbbi ilə görüşəcəklərini inkar edirlər.
Sabirə Dünyamalıyeva:
onlar: "Biz, yer üzünün içində yox olduqdan sonra, həqiqətən yeni bir xilqətdə olacağıqmı?" dedilər. Əslində, onlar öz Rəbbinə qovuşmağı, Onun hüzuruna çıxmağı bilə-bilə inkar edən/təkzib edən kəslərdir.