Əlixan Musayev:
O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.
Bünyadov-Məmmədəliyev:
O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Allahın Öz vədinə doğru olduğuna inanır, münafiqlər isə etiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
Elmir Quliyev
:
Вот они напали на вас сверху и снизу, и тогда взоры замерли, сердца достигли горла, и вы стали делать предположения об Аллахе.
Ələddin Sultanov:
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, ürəkləriniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
Kerbelayi Malik ağa:
Onlar yuxarı və aşağı tərəfdən sizin üzərinizə gəldiyi və gözlərin qorxduğu və ürəklərin ağıza gəldiyi zaman Allah barəsində zənnə qapılmışdınız.
Ələsgər Musayev:
Onda gəldilər sizin fövqünüzdən və sizdən aşağıdan, onda
gözləriniz bərəldi və ürəyiniz boğazınıza çıxdı. Zənn etdiniz
Allah barəsində müxtəlif zənlər.
A.Mehdiyev və D.Cəfərli:
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
Kövsər Tağıyev:
Bir vaxt onlar sizə həm yuxarı tərəfinizdən, həm də aşağı tərəfinizdən gəlmişdilər. Gözlər bərəlmiş, ürəklər ağızlara gəlmişdi. Siz də Allah barəsində müxtəlif zənlərə qapılırdınız.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar yuxarı və aşağı tərəfinizdən üstünüzə gəldilər. O zaman gözlər bərəldi, ürəklər boğazlara gəldi və siz Allah barəsində cürbəcür fikirlərə düşdünüz.
Sabirə Dünyamalıyeva:
Bir vaxt onlar üst tərəfinizdən və sizdən daha aşağı [tərəfdən] sizin üstünüzə gəlmişdilər. Və bir vaxt gözlər [bayılan adamların gözləri kimi] əyilmiş, ürəklər ağza gəlmişdi. Və siz Allah barəsində elə hey zənnə qapılırdınız.