Əlixan Musayev:
Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır.
Bünyadov-Məmmədəliyev:
Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.
Elmir Quliyev
:
Если кто жаждет могущества, то ведь могущество целиком принадлежит Аллаху. К Нему восходит прекрасное слово, и Он возносит праведное деяние (или праведное деяние возносит прекрасное слово; или праведное деяние возносит человека). А тем, которые замышляют злодеяния, уготованы тяжкие мучения, и их замыслы окажутся безуспешными.
Ələddin Sultanov:
Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.
Kerbelayi Malik ağa:
Kim izzət istəsə, izzət tamamilə ancaq Allaha aiddir. Gözəl kəlmələr Ona yüksəlir. Onu saleh əməl (əməli salihat, nəfsin islahı) yüksəldir. Pisliklərlə hiylə quranlar üçün şiddətli əzab vardır. Onların hiylələri boşa gedər.
Ələsgər Musayev:
Kim izzət istəyən
oldu, cəmiyyən izzət Allah üçündür. Ona tərəf qalxır pak kəlmə
və onu saleh əməl ucaldır. O kəslər ki, məkr edirlər pisliklə,
onlar üçün şiddətli əzab var və həmin onların məkri hədər
gedər.
A.Mehdiyev və D.Cəfərli:
Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir.
Kövsər Tağıyev:
Hər kim şan və şərəf istəyirsə, bilsin ki, şan və şərəf tamamilə Allaha aiddir. Gözəl sözlər ancaq Ona yüksəlir. Saleh əməli də gözəl sözlər yüksəldir. Hiyləgərcəsinə pis əməllər törədənlər ki var, onlar üçün çətin bir əzab var. Onların hiyləsi boşa çıxar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim qüdrət və qüvvət istərsə (bilsin ki,) qüdrət və qüvvət bütünlüklə Allaha məxsusdur. Gözəl sözlər Ona yüksəlir. Gözəl sözləri də xeyir əməllər yüksəldir. Hiylə işlədib pis əməllər törədənlərə isə şiddətli əzab olacaqdır. Onların işlətdikləri hiylə boşa çıxacaqdır.
Sabirə Dünyamalıyeva:
Hər kim üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan; mütləq qalib olmaq istəyirsə, bilsin ki ən üstün, ən güclü, ən şərəfli, məğlub olması mümkün olmayan; mütləq qalib olmaq tamamilə ancaq Allaha məxsusdur. Xoş sözlər ancaq Ona yüksələr. Və doğru iş onu yüksəldər. Pislik eləmək üçün plan quran kəslər; şiddətli əzab onlar üçündür. Onların planlarına gəldikdə isə, darmadağın olar.