Əlixan Musayev:
(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın (yaratdığı) yer üzü genişdir. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”
Elmir Quliyev
:
Скажи Моим рабам, которые уверовали: "Бойтесь вашего Господа! Тем, которые совершили добро в этом мире, уготовано добро. Земля Аллаха обширна. Воистину, терпеливым их награда воздастся полностью без счета".
Ələddin Sultanov:
De: “Ey İman gətirən qullarım, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Ey amənu olan qullar, Rəbbinizə qarşı təqva sahibi olun! Bu dünyada əhsən olanlar üçün bir gözəllik vardır. Allahın ərzi (yer üzü) genişdir. Amma səbir edənlərə əcrləri hesabsız ödənər.’
Ələsgər Musayev:
De: «Ay Mənim
bəndələrim - o kəslər ki, inandılar, qorxun Rəbbinizdən! O
kəslər üçün ki, yaxşılıq etdilər bu dünyada, yaxşılıq var.
Allahın ərzi genişdir. Həqiqətən, səbr edənlərə mükafatları
bütünlüklə hesabsız veriləcəkdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir.
Kövsər Tağıyev:
(Ey Muhamməd! Bizim adımızdan) de ki: “Ey iman edən qullarım! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Bu dünyada yaxşılıq edənlər üçün (axirətdə) bir yaxşılıq var. Allahın ərzi genişdir. Səbir edənlərə mükafatları, əlbəttə, hesabsız verilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Ey mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada xeyir əməllər tutanlara xeyir olacaqdır. Allahın torpağı genişdir. Şübhəsiz, səbr edənlərin mükafatı hesabsız olaraq veriləcəkdir!"
Sabirə Dünyamalıyeva:
De ki: "Ey iman etmiş olan qullar![#244] Rəbbinizin mühafizəsi altına daxil olun. Bu dünyada yaxşı-gözəl əməl işləyənlərə bir gözəllik var. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, saysız-hesabsız və layiqincə mükafat alacaqlar."