Əlixan Musayev:
Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.
Elmir Quliyev
:
Воистину, те, которые несправедливо пожирают имущество сирот, поедают в своих животах огонь и будут гореть в Пламени.
Ələddin Sultanov:
Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıbyaxan bir oda girəcəklər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, yetimlərin mallarını zülmlə (haqsızlıqla) yeyənlər qarınlarına yalnız atəş yeyərlər. Onlar yaxında alovlu atəşə atılacaqlar.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, yeyirlər mallarını yetimlərin zülmnən,
onlar bətnlərinə od yeyirlər və onlar yanacaqlar odda!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.
Kövsər Tağıyev:
Yetimlərin mallarını haqsız yerə yeyənlər ancaq və ancaq qarınlarını doldurarcasına atəş yemiş olarlar və onsuz da onlar çılğın bir atəşə (cəhənnəmə) girəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsız olaraq yetimlərin malını yeyənlər qarınlarına ancaq od yemiş olarlar. Onlar cəhənnəmə düşəcəklər.
Sabirə Dünyamalıyeva:
Həqiqətən yetimlərin mallarını haqsız yerə yeyən kəslər, qarınlarında içində atəş yeyərlər. Və tezliklə yanar odu olan cəhənnəmə söykənəcəklər.