Fussilət Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi.
Bünyadov-Məmmədəliyev:
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).
Elmir Quliyev :
Он воздвиг над землей незыблемые горы, наделил ее благодатью и распределил на ней пропитание для страждущих (или для тех, кто спрашивает) за четыре полных дня.
Ələddin Sultanov:
O, yerin üstündə möhkəm dağlar yaratdı. Oranı bərəkətləndirdi orada istəyənlər üçün ruzilərini tam dörd gündə müəyyən etdi.
Kerbelayi Malik ağa:
Orada, onun üzərində sabit möhkəm dağlar yerləştirdi. Oranı bərəkətli etdi. Oradakıların ruzilərini istəyənlər üçün bərabər olaraq dörd gündə təyin etdi.
Ələsgər Musayev:
Etdi onda möhkəm dayaq kimi dayanan fövqündə onun bərəkətli etdi onu təyin etdi üzərində onun məhsullarını dörd gündə bərabərdir bütün istəyənlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
O, yer üzərində sabit möhkəm dağlar qoydu ona xeyir-bərəkət verdi onun (insan, heyvan, bitki sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.
Kövsər Tağıyev:
O, dörd gündə (dörd mərhələdə) yer üzündə ucalan sabit dağlar yaratdı, orada bolluq bərəkət meydana gətirdi orada ruzi axtaranların ehtiyaclarına uyğun olaraq ruzilər təqdir etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, yer üzərində möhkəm dayanan [dağlar] qurdu, oraya xeyir-bərəkət verdi orada ruzi istəyənlərin hamısı üçün onun [yerin] nemətlərini dörd günə müəyyən edib böldü.
Sabirə Dünyamalıyeva:
O, yer üzünün içində möhkəm dağlar yerləşdirdi. Orada bərəkətlər əmələ gətirdi. Orada axtarıb istəyənlər üçün bərabər olaraq/ayrı-seçkilik edilmədən ruzilərini dörd mərhələdə nizamladı.